WhatsAppa yazın

Biyan bitkisi

Biyan bitkisi qiymətli bitkilərdən biri hesab olunur. Biyan latın dilində "qlisseraza" adlanır və "şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir xüsusi qulluq, qayğı görmədən külli miqdarda  yetişir. Bu bitkiyə Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Ucarda, Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində rast gəlinir.

Tarixən qiymətli biyan bitkisi Saatlı rayonunda yerləşən Biyan Məhsulları İstehsalı MMC şirkəti tərəfindən Avropa, o cümlədən digər regionlara ixrac olunub. Azərbaycanda çıxarılan biyan kökü dünyada ən keyfiyyətli biyan kökü sayılır. Məhz bu səbəbdən sözügedən şirkət il ərzində minlərlə ton biyan bitki məhsulları tədarük edir.

Biyan kökünün faydaları

  • Öskürək, bəlğəm və səsin xırıldamasını aradan qaldırar.
  • İmmunitet sistemini qüvvətləndirər.
  • Bədənin hüceyrələrində yaranan ağrılara faydalıdır və temperaturu salmağa təsirlidir. Qastrit, xora kimi mədə narahatlıqlarında və sidik kisəsinə faydalıdır.
  • Ayaq və bədən kramplarına eyni zamanda qəbizlik problemi yaşayanlara verilir.
  • Qaraciyər və siroz xəstələrinə faydalıdır.
  • Dəri problemlərində sədəf, sızanaq və akne problemi yaşayanlara kökü faydalıdır.
  • Ağız içində ibarət olan aft yaralarına qarşı istifadə edilir. Qarqara edilərək müalicəsi olur.
  • Addison xəstəliyi və təzyiqi tarazlıqda tutulmasında biyan kökü faydalı bir bitkidir.
  • Peptik xora bir çox adamda görülər və faydalıdır.
  • Böyrək üstü vəzilərində yaranan xəstəliklərdə istifadə edilir.
  • Hormon pozuqluğuna yaxşı gəlir və qaraciyərə kömək edir.
  • Qışda təməl narahatlıqlarından ola qrip, soyuqdəymə, bronxit və soyuq qəbulunluğuna çayı dəmlənib içilə bilər.
  • Bədəndə meydana gələ biləcək tonsinlere qarşı qoruma təmin edər.
  • Antioksidan və antimikrob xüsusiyyətləri olur.
  • Həzmi gücləndirir qəbizlik və həzmsizlik problemlərində təsirlidir.
  • Gut xəstəliyində istifadə edilməsi məsləhət görülür.
  • Bədənin aldığı mikrob nəticəsində çiban meydana gəlməsində istifadə edilə bilər.
  • Sidiyə çıxmaqda çətinlik çəkən şəxslərə verilir. Böyrəkdə meydana gəlmiş daşların tez getməsini təmin edər.
  • Gel halına gətirilərək ekzema narahatlığı olanda istifadə edilir.

Yapon alimləri apardıqları tədqiqatlar əsasında belə nəticəyə gəliblər ki, biyan öz faydalı maddələrinin keyfiyyətinə görə jenşendən üstündür. Şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, tuberkulyoz, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Şirin biyan maddələr mübadiləsinin nizama salınmasında, sinir xəstəliklərinin müalicəsində də əhəmiyyətlidir.

Aylıq tələbatınıza uyğun sizin üçün individual qiymət təklifi hazırlaya bilərik

Qiymət təklifi al