WhatsAppa yazın

Şirkət haqqında

"Biyan Məhsulları İstehsalı" MMC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən "bir pəncərə" prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Prezident İlham Əliyev 2008-ci il sentyabrın 26-da Saatlı rayonunda "Biyan Məhsulları İstehsalı" zavodunun istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

2008-ci ildən fəaliyyət göstərən zavodumuz dərman bitkilərindən hesab olunan biyan kökünü tədarük edərək, ondan müxtəlif çeşidli hazır məhsullar (biyan turşusu, xırda qarışıq doğranmış biyan kökü, 3-5 sm doğranmış biyan kökü, müxtəlif ölçülərdə soyulmuş biyan kökü və s.) istehsal olunur.

Zavodun istehsalatı özünə məxsus 5.4837 hektar ərazidə aparılır. Zavod il ərzində 10000 ton biyan məhsullarının istehsalını reallaşdırmaq imkanına malikdir.

İstehsal olunan biyan kökü məhsulları Çin, İran, Gürcüstan, Hindistan və bəzi Avropa ölkələrinə ixrac olunur. Məqsədimiz istehsal etdiyimiz məhsulları Azərbaycan brendi kimi dünya arenasında layiqincə tanıtmaqdır.

Məhsullar və aylıq tədarük

  • Biyan kökü ekstraktı - turşu (toz şəklində) - 20 ton / aylıq
  • Xırda ölçüdə doğranmış biyan kökü - 100 ton / aylıq
  • 4-5 sm ölçüdə kəsilmiş biyan kökü - 20 ton / aylıq
  • 16-18 sm ölçüdə kəsilmiş biyan kökü - 10 ton / aylıq
  • Soyulub doğranmış biyan kökü - 5 ton / aylıq
  • Preslənmiş biyan kökləri - 150 ton / aylıq

Aylıq tələbatınıza uyğun sizin üçün individual qiymət təklifi hazırlaya bilərik

Qiymət təklifi al